Məlum olduğu kimi, artıq Qərbi Azərbaycana qayıdış ölkəmizin bütövlüyünə, suveren hüquqlarımızın və tarixi ədalətin bərqərar olunmasına xidmət edən milli ideyamızın ayrılmaz hissələrindəndir. Bu reallıq xalqımız qarşısında duran əsas çağırışlardan və ən aktual məsələlərdən biri kimi önəmini qoruyub saxlayır.
Diaspora TV-nin efirində yayımlanan "Yurda Dönüş" verilişi tarixi torpaqlarımıza qayıdış konsepsiyası, mövcud reallığın beynəlxalq müstəvidə təbliği və bu istiqamətdə diaspor təşkilatlarının rolu kimi məsələlərin müzakirəsinə yönəlib.
İlk qonağımız millət vəkili, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğludur. Onunla söhbət zamanı icmanın fəaliyyəti, Qərbi Azərbaycan Mühacirət Hökumətinin yaradılması kimi mövzulardan danışıldı.
Şərhlər