Haqqımızda






Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu təsis toplantısı 2023-cü il, mayın 13- də İsveçin paytaxtı Stokholm şəhərində keçirilib. Toplantıda dünyanın bir çox ölkələrindən - İsveç, Almaniya, Türkiyə, Hollandiya, Böyük Britaniya, Norveç, İtaliya, Kanada, Ukrayna və Polşanın tanınmış azərbaycanlı diaspor rəhbərləri, iş adamları, ictimai xadimlər iştirak edib. Toplantıya həmçinin Avstriya, BƏƏ, Monteneqro, Qazaxıstan, Almaniya, Kanada, Gürcüstan, Estoniya, ABŞ və Seneqaldan olan azərbaycanlı diaspor nümayəndələri və iş adamları onlayn qoşularaq layihədə iştiraklarını təsdiq ediblər. Toplantıda Fondun 21 nəfərdən ibarət İdarə Heyəti formalaşıb, Katiblik institutu, Layihələr, Media və kommunikasiya departamentləri təsis edilib. Azərbaycan və ingilis dillərində internet resursun, sosial şəbəkələrdə (facebook, insagram, tvitter, teleqram) rəsmi səhifələrin yaradılması qərara alınıb, Fondun loqosu təsdiqlənib. Təsis toplantısında Hikmət Cavadov DABF-nun Baş katibi seçilib.



DABF-IN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ



1. Dünya Azərbaycanlılarını birləşdirəcək virtual sosial şəbəkə yaratmaq, diaspor təşkilatları arasında vahid koordinasiya və qarşılıqlı dəstək, anlaşmanın yaranması üçün birgə müzakirələrin təşkili;

2. İnformasiya müharibəsində Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaq, ictimai fikri ölkəmizin xeyrinə dəyişmək, xarici media qurumları ilə ümumi işi gücləndirmək;

3. Dünyada yaşayan azərbaycanlılardan ibarət çevik qüvvələri daha operativ koordinasiya etməklə ümumi məqsədə qısa zaman kəsiyində nail olmaq istiqamətində müvafiq tədbirlərin görülməsi;

4. Xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı iş adamlarına və müvafiq qurumlarda çalışan soydaşlarımıza dəstək mexanizminin hazırlanması, müxtəlif layihələrin həyata keçirilməsinə diaspor dəstəyinin göstərilməsi;

5. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı iş adamlarının bir araya gətirilməsi;

6. DABF üzv diaspor təşkilatlarının təmsil olunduğu dövlətlərin parlamentləri və dövlət qurumları ilə əlaqələrin qurulması;

7. Fond nümayəndələrinin ölkələrdə tədbirlərə rəsmi dəvət olunması, yerli dövlət nümayəndələri ilə görüşlərin təşkili və fond üzvlərinin layihələrinə dəstəyin göstərilməsi;

8. Güney Azərbaycanda yaşayan soydaşlarımızla işin təşkili;

9. Dünyadakı tanınmış hüquqşünas, iqtisadçı və jurnalistlərin Fonda cəlb olunması işinin təşkili;

10. Bütün təklif, layihə və digər məsələlər İdarə Heyətinin qərarı ilə həll olunacaq.