Diaspora.TV-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu müəllifi olduğu “Cənub vaxtı”nda SEPAH komandanı H.Səlaminin İrandakı azərbaycanlılara qarşı artmaqda olan düşmən mövqeyi, Rəisinin ölümündən sonrakı manipulyasiyalar və Azərbaycana yönələn digər məsələlərdən söhbət açıb.
M.Əhmədoğlunu səsləndirdiyi fikirlərin mətn formasını ixtisarla təqdim
edirik:
- SEPAH komandanı İrandakı azərbaycanlıların düşməni olmaqda davam edir.
Prezident İ.Rəisinin ölümü ilə yüksək rəhbərliyinin manipulyasiyaları davam edir. İ.Rəisinin 40 mərasimi iyunun 27-də qeyd olundu. Tehranda qeyd olunan məclisdə İranın yüksək çinli rəsmiləri, Ali dini lider və əməkdaşlarının iştirakı gözə dəymədi, SEPAH komandanı Səlami də orada yox idi. Dövlət və xidmət şəhidi adı alan İ.Rəisinin məclisini xanımı yola verdi. Üstündən beş gün keçmiş Səlami Məşhəddə İ.Rəisiyə 40 mərasimi verdi.
Fərq bir şeydə idi ki, prezident seçkilərinin I turu başa çatmışdı və SEPAH-ın namizədi, parlamentin spikeri M.Qalibaf II tura keçmədi. H.Səlami İranda problemlərin olduğunu bilir, o problemlərdə rolunu görmür. İranın bütün iqtisadiyyatı SEPAH-ın ayrı-ayrı generallarının əlindədir, ona görə dövlət iqtisadiyyatı yoxdur. SEPAH-ın düşüncəsinə görə İranın daxilində problemin mənbəyi əhalini mollaların idarə etməsidir.
İslam inqilabının qurucusu Xomeyninin dediyi kimi əhalini bəsic idarə etməlidir. Bəsic də SEPAH deməkdir. Bunun üçün M.Qalibaf işə başlamışdı. Xomeyninin nəvəsini parlamentə gətirdi və ilk namaza da Seyid Həsən Xomeyni pişnamazlıq etdi. İndi M.Qalibaf yoxdur, SEPAH-ın ssenarisi pozuldu.
Yeni ssenari Rəisinin 40 mərasiminin qanuni vaxtından 5 gün sonra 40 mərasimi adı ilə tədbir keçirmək üzərində idi: seçkilərin II turu günü, ayın 5-də xalq İranın düşmənlərini əzməlidir. Xalqdan söhbət gedir, İran hökuməti, silahlı qüvvələri, dövləti yox, xalq... İranın düşmənləri dedikdə hazırda prezidentliyə namizəd və II turda da birinci yerdə olmuş M.Pezeşkiyan nəzərdə tutulur.
İranın Ali dini lideri və yeni seçilən prezident M.Pezeşkiyan azərbaycanlıdır. Bu qaydada xalqı azərbaycanlılara qarşı qaldırmaqla əslində Ali dini liderdən hakimiyyəti ələ almaq istəyir. H.Səlami qatı anti-Azərbaycançıdır. H.Səlami SEPAH-ın komandanı təyin olunan gündən bir həftə İran-Ermənistan, İran-Azərbaycan sərhədindən çıxmadı. Bir neçə dəfə sərhəddə yaxşılıqlar adı ilə təxribat hazırladı. Guya Aşura mərasimi sərhəddə İran və Azərbaycan hərbçiləri tərəfindən qeyd olunmalıdır.
Aşurada əhali sərhəddə birgə mərasim keçirməlidir, Ərbəin ziyarətinə Azərbaycandan gedənləri iranlı zəvvarlar İran-Azərbaycan sərhədində qarışlamalı və s. Araz çayını o taylı-bu taylı Azərbaycanın əleyhinə Azərbaycan xalqını zəhərləmək üçün istifadə ideyasından da ən aktiv şəxslərdən biri SEPAH-ın komandiri H.Səlami olub. O, bilir ki, İ.Rəisinin ölümü məhz onun Araz çayı ilə bağlı atdığı addımların İranın çayın hər iki tərəfində olan azərbaycanlılara qarşı zəhərlənmə, soyqırımı və terror adlanmasından asılı olmayaraq planın əleyhinə bilərəkdən və ya bilməyərəkdən getməsi idi. İ.Rəisinin ölümünün səbəbkarı H.Səlamidir. Çünki “Azərşəhr”də raket bazasından Azərbaycan Prezidentini müşayiət edən maşınlara təzyiq etmək istəyirdi. Bunun üçün elektromaqnit şüalanmasını qədərindən dəfələrlə artırmışdı. Azərbaycan Prezidentini müşayiət edən maşınlara bir şey olmadı, əvəzində İ.Rəisinin helikopteri köhnə olduğuna görə bəzi detalları sıradan çıxdı, helikopter qəzaya uğradı.
Eyni zaman da bu dövrdə İranın Ali dini lideri də imamətin Peyğəmbərlikdən üstün olması prinsipini ortalığa atdı. O prinsipi Ayətullah əl-Üzmalar, müctəhidlər, təqlid-mərcelərinin iştirakı ilə deyil, beynində əsasən məişət qayğıları olan və İranın müxtəlif ərazilərindən etnik icmaların təmsilçiləri qarşısında elan etdi.
Bu da bir ziddiyyətdir yaranır. SEPAH-ın hakimiyyəti ələ almaq ziddiyyəti, azərbaycanlıların fəallığının SEPAH-ın formalaşdırdığı elita tərəfindən qəbul edilməməsi, İranın Ali dini liderinin imaməti Peyğəmbərlikdən üstünlük fəlsəfəsi indiki ziddiyyətli mühitin əsas tərkib hissələridir. Yaxında çox ciddi partlayışlar ola bilər. Azərbaycanlılar diqqətlərini buna yönəltsələr çox faydamıza olar.
Şərhlər