Diaspora.TV-də yayımlanan “Müzakirə vaxtı”nın növbəti buraxılışında “Azərbaycanlı jurnalistlərin Rusiya mediasında rolu” müzakirə olunub.

Diaspora.TV-nin rəhbəri Niyaz Niftiyevin qonağı Türkiyənin “A Haber” kanalının Rusiya və MDB ölkələri üzrə təmsilçisi, azərbaycanlı Akşin Kişiyev olub.

A.Kişiyev Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalistlərlə əlaqələri, Rusiya mediasının Azərbaycana münasibəti və diasporumuzun fəaliyyətindən danışıb.