Arzum gerçəkləşdi - DABF-nin qalibi London universitetində


Xəbər verdiyimiz kimi, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) azərbaycanlı gənclərə “Xaricdə təhsil almaları üçün müraciət prosesinə dəstək” adlı layihəsinin ilk qalibləri artıq dünyanın müxtəlif ölkələrində dərslərə başlayıblar.

Layihənin qalibi olan gənclər Diaspora.TV-yə müsahibə veriblər. İlk müsahibimiz isə Əli Məmmədov olub.

Ə.Məmmədov “University Collage London” Universitetində “Kimyəvi proses mühəndisliyi” üzrə təhsil almaq imkanı qazanıb.

Xatırladaq ki, birinci mərhələdə Fonda ümumilikdə 225 nəfər müraciət etmişdi. Müraciət edənlər arasından akademik göstəriciləri daha yüksək olan 30 gənc seçilmişdi. 30 gəncin də arasından Fondun Təhsil layihəsi 10 tələbə qazandı. Seçilmiş 10 nəfərdən (2-si müəyyən səbəblərdən gedə bilməyib) 8-i artıq dünyanın ən nüfuzlu universitetlərində DABF-ın təhsil layihəsindən istifadə edir.