“Diasporla müsahibə” verilişinin növbəti buraxılışının qonaqları Norveç Azərbaycanlıları Gənclər Təşkilatı - NAYO-nun İdarə Heyətinin üzvləri Səlim və Səidə Abbaszadələr olub.
Səidə Abbaszadə həm də NAYO-nun yeni açılan telemark şöbəsinin sədridir.
Səidə və Səlim Abbaszadələr müsahibədə Norveçdəki fəaliyyətlərindən, norveçlilərin azərbaycanlılarla bağlı düşüncələrindən bəhs ediblər.
9 ildir Norveçdə yaşayan Abbaszadələr diaspor fəaliyyətində valideynlərindən örnək aldıqlarını bildiriblər:
“Valideynlərimiz - Yeganə Abbasova və İdrak Abbasov da Azərbaycanın tanıdılması üçün çalışan fəal diaspora üzvləridir. Biz də onlar kimi gələcəkdə vətənimizi tanıtmaq istəyirik”.
Gənc diaspor fəalları təəssüflə bildiriblər ki, Azərbaycan; hələ də Norveçdə kifayət qədər tanınmırlar:
“Azərbaycan; daha çox “Eurovision” mahnı müsabiqəsi, “Formula-1” yarışları və son olaraq COP29 kimi böyük tədbirlər vasitəsilə tanımağa başladılar. Bu kimi tədbirlərin Azərbaycanda olması çox yaxşı haldır. Bu zaman Norveçdəki dostlarımız, yerli xalq bizə suallar verir, Azərbaycan haqqında məlumat almaq istəyirlər. Biz də öz növbəmizdə ölkəmizi tanıdır, onun mədəniyyəti, təbiəti, mətbəxi və gözəl insanları haqqında məlumatlar veririk”.
Şərhlər