Mərkəzi Avropada DABF-ın ofisi yaradılsın  - Fərid Cəfərli

“Mərkəzi Avropa ölkələrindən birində Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun ofisi yaradılmasını təklif edib”.

Diaspora.TV xəbər verir ki, bu barədə İtaliyanın Roma şəhərində keçirilən Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) IV Forumunda çıxışı zamanı DABF-ın həmtəsisçisi, İdarə Heyətinin üzvü, Polşa Azərbaycanlılar Şurasının sədri Fərid Cəfərli deyib.

F.Cəfərli bildirib ki, bu mərkəz vasitəsilə Avropa yaşayan, Azərbaycan sevgisi olan jurnalistlər və tələbələrlə əməkdaşlıq qurulmalıdır:

“Təklif edirəm ki, mərkəz vasitəsilə ermənilərin törətdiyi vandalizm aktları və digər bu kimi məsələlər yayılsın, təbliğ edilsin. Xüsusən də Dövlətimizə və Prezidentimizə qarşı hücumlara Avropadan cavab vermək daha effektiv olacaq. Əlbəttə ki, bu işlər görülür, amma çox istərdik ki, sistemli, koordinasiyalı olsun”.

F.Cəfərli əlavə edib ki, Avropada fəaliyyət göstərən qeyri-hökumət təşkilatının domeni ilə xarici dildə veb səhifə yaradılmalıdır:

“Bundan başqa hazırlanan məqalələrin Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən Diaspora.TV vasitəsilə ictimaiyyətə çatıdırılması təmin edilməlidir. Əlavə olaraq daxili şəbəkə yaradılmalı, tələblərdən də biri o olmaldır ki, Fonda üzv təşkilat nümayəndələri il ərzində məqalələr hazırlamalıdırlar. Hazırlanan məqalələr həm dövlət, həm də özəl mediada işıqlandırılmalıdır. Şəbəkəyə ayrılacaq maliyyə sırf media əməkdaşlığı üçün nəzərdə tutulmalıdır”.