Diaspora.TV-də yayımlanan “Uğurlu soydaş” verilişinin növbəti buraxılışının qonağı 10 ildir İsveçdə yaşayan MMA döyüşçüsü Elmir Abasov olub.
E.Abasovun sözlərinə görə, MMA döyüşlərinə başlamazdan əvvəl qəfəs döyüşlərinə xüsusi marağı olub:
“2014-cü ildən etibarən MMA ilə məşğul oluram. İsveçdə "Allstars Təlim Mərkəzi"ndə məşq edirəm. Orada tanınmış idmançılar da məşq edir. Onlardan motivasiya almaq, bir ortamda döyüşmək, məşq etmək mənə bir başqa ruh yüksəkliyi verir”.
“Allaha inanmaq lazımdır. Mən Allaha inanıram. Başqa bir inanc yerim yoxdur. Düşünürəm ki, tək Ona inanmaq lazımdır. Döyüşdə udmaq da olur, uduzmaqda. Qalib olduğum döyüşdən daha çox məğlub olduğum döyüş yaddaşımda qalır. Uduzsam da heyfslənmirəm, qismət Allahdan deyirəm”, - deyə döyüşçü bildirib.
E.Abasov qeyd edib ki, hazırda əsas məqsədi “Qara kəmər” almaqdır:
“Döyüşlərə 2 ay qalmış davamlı məşq edirik. Əsas məqsədim Azərbaycanı layiqincə təmsil etməkdir. Hazırda 200-ə yaxın tələbəm var. Azərbaycanı soruşan olanda da danışıram, tanıdıram. Hətta bizim döyüşçülərdən Azərbaycana səfər edənlər olmuşdu. Mənə sual verirdilər ki, niyə İsveçə gəlmisən? Azərbaycanı səhralıqda, xarabalıq bir yer zənn edirdik. Ölkəniz çox gözəldir” dedilər”.
Şərhlər