Diaspora.TV-də yayımlanan “Müzakirə vaxtı”nın növbəti buraxılışında “Diasporlaşma niyə ləng gedir?” mövzusu müzakirə olunub.

Diaspora.TV-nin rəhbəri Niyaz Niftiyevin qonaqları Soydaş.az saytının Baş redaktoru İlqar İlkin, diaspor məsələləri üzrə araşdırmaçı jurnalist, siyasi şərhçi Əli Zülfüqaroğlu olub.

Qonaqlar Azərbaycan diasporunun ləng inkişafının səbəbləri, bu inkişafa mane olan amillər, effekt verməyən koordinasiyalaşma və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.