Diaspora.TV-də yayımlanan “Diasporla müsahibə” verilişinin növbəti buraxılışı yayımlanıb.

Verilişin qonaqları Böyük Britaniyada yaşayan, London Azərbaycan Qadınlar Klubunun rəhbəri, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun ilk təsisçilərindən biri və İdarə Heyətinin üzvü Sevil Aslanova, Beynəlxalq Qadın Hüquqları və Gender Bərabərliyi üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetində Psixologiya və gender kafedrasının müəllimi Səbinə Qəhrəmanova olub.

Qonaqlar Azərbaycan diasporunun inkişafında qadınların gücü, fəaliyyət istiqamətləri, mövcud rəqabət mühiti və diaspor sahəsinə verdikləri töhvələrdən söz açıblar.