İsveçin məşhur xəbər  saytı antiterror  əməliyyatından yazdı

İsveçin məşhur svt.se xəbər saytı Azərbaycanın həyata keçirdiyi lokal antiterror əmliyyatları ilə bağlı material dərc edib. “Material Azərbaycan separatçı bölgədə antiterror əməliyyatına başlayıb” sərlhövəsi ilə ictimailəşdirilib”.

Bu barədə məlumatı XəzərNews.az-a Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun həmtəsisçisi Emil Mirzəyev verib.

E.Mirzəyev qeyd edib ki, artıq Avropa ölkələrinin mediasının da Xankəndidəki qondarma qurumu öz adı ilə – yəni separatçı kimi təqdim etmələri təqdirəlayiqdir:

“Xəbərdə Azərbaycan Müdafiə Nazirliyinin şərtləri qeyd olunur. Bildirilir ki, erməni qüvvələri bölgəni tərk etməli, separatçılar isə silahlarını təhvil verərək elan etdikləri hökuməti ləğv etməlidirlər”.


E.Mirzəyev əlavə edib ki, İsveçin “Ekspress” qəzeti isə separatçıların Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatının ikinci günü razılığa gəlmələrindən yazıb. Qeyd edib ki, onları yola gətirmək üçün Azərbaycana 24 saat bəs etdi.