Diaspora.TV-də yayımlanan “Müzakirə vaxtı”nın növbəti buraxılışında İraq türkmanları – Azərbaycan əlaqələri mövzusu ətrafında müzakirə aparılıb.

Diaspora.TV-nin rəhbəri Niyaz Niftiyevin qonağı AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Baş elmi işçisi Orxan İsayev olub.

O.İsayev İraq türkmanlarının etnik kökü, müasir dövrdə Azərbaycanla mədəni-elmi, humanitar əlaqələri və digər tərəfləri haqqında ətraflı məlumat verib.