Diaspora.TV-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı”nın növbəti buraxılışı yayımlanıb.
M.Əhmədoğlunun səsləndirdiyi fikirləri ixtisarla təqdim edirik:
- COP29-da Bakıda İran Rusiya ilə strateji əməkdaşlıq müqaviləsini imzalanması Avrasiya təhlükəsizliyi üçün vacib hadisə ola bilər.
- İrandaxili məsələlər
İranın daxilində M.Pezeşkiana yaranacaq qısqanclığı başa düşürük.
İ.Rəisinin ölümü ərəfəsində baş verənləri yada salaq. İki dəfə Azərbaycan Prezidenti ilə barədə İran hökuməti məlumat yaydı, baş tutmadı. Üçüncü dəfə görüş artıq baş tutsa da bu görüş prezident İ.Rəisinin öldürülməsi ilə yekunlaşdı. Bir neçə gün bundan öncə SEPAH Türkiyənin Bayraktar-Akınçı PUA-sının özünü reklam məqsədilə gəldiyini yada saldı. SEPAH izah etməli idi ki, Akınçı PUA-sının gəlməsi İranın helikopter qəzasının altıncı saatından sonra gündəliyə çıxdı. Altı saat ərzində SEPAH ərazisindən xilas-axtarış işi apara bilmədi və əlavə bəhanələrlə sanki prezident M.Pezeşkianın yadına İ.Rəisinin ölümünü salırlar.
SEPAH-ın rolu üçüncü oldu. Ali Milli Təhlükəsizlik Şurası və İran Silahlı Qüvvələrinin baş qərargahı ondan əvvəldədir.
SEPAH Xameneyinin ağır xəstə olduğunu görür və yaranmış vəziyyətdən istifadə edərək onun sağlığında hakimiyyəti öz əlinə keçirmək istəyir.
- M.Pezeşkian öz ölkəsi faydalı görüşlər keçirə bilər.
Bakıda COP29 tədbirində iştirak edib, çox müxtəlif saylı görüşlər keçirə bilər.
Tədbirə RF prezidenti V.Putin gələ bilər, İsrailin prezidenti isə artıq təsdiqləyib. ABŞ-dan yüksək çinli nümayəndə heyəti ilə M.Pezeşkian şəxsən görüşə bilər.
Prezident İlham Əliyevin vaxtilə Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli sammiti təşəbbüsünü yenidən aktivləşdirməli və Rusiya prezidentinə məhz üçtərəfli formatın sonuncu görüşünün Rusiya ərazisində olduğunu yada salmalıdır. Bakıda o sammitə restart verilməlidir.
Rusiya ilə İran arasında strateji əməkdaşlıq müqaviləsinin imzalanması üçün COP29-u, Bakını müstəvi kimi təqdim etməlidir. Bu ümumilikdə Avrasiya regionunda sabitliyin dayağı kimi qəbul edilə bilər.
- Pezeşkian Azərbaycanla münasibətləri normallaşdırmaq kursundadır.
Pezeşkianın Azərbaycana səfəri İranla Azərbaycan arasında bütün qeyri-müəyyənlikləri aradan qaldırılmasının başlanııcı ola bilər.
Azərbaycanı bu gün idarə edən Ulu Öndər H.Əliyevin kursudur və o kursun da idarəedicisi Prezident İlham Əliyevdir. Ulu Öndər və Prezident İlham Əliyev dünya çapında olan şəxslərdir. İlham Əliyevin Avropa məkanında ona olan münasibəti İranda çox diqqətlə izlədiklərini bilirik. Ulu Öndər Heydər Əliyev, Prezident İlham Əliyevin gücü azərbaycanlı, Azərbaycan xalqının övladları olmasındadır. O xalq ki, əsrin əvvəlində ərəb, fars, türk etnik millətləri içərisində ilk olaraq Respublika təsis etdi. Türkiyə Cümhuriyyətinin yaradılmasının nəzəri əsaslarını hazırladı. Azərbaycan xalqı on parametr üzrə müsəlman Şərqində birinci yerdədir.
Xüsusilə İrana xalqımıza, dövlətçiliyimizə bütün qara, pis niyyətlərini yaddan çıxarmağını tövsiyə edirik.
Azərbaycan, Rusiya və İran prezidentlərinin görüş formatının Rusiyada dayandırılması, bu aydındır ki, onun səbəbkarı İran idi. Formal səbəb COVİD-19 idi, əsas səbəb İranın Rusiyanın təklifi ilə qaz svopundan imtina etməsi idi. İndi də qaz svopundan imtina edir, Rəşt-Astara dəmir yolunun tikintisindən imtina edir, müxtəlif bəhanələr ortalığa gətirir.
ABŞ-ın sanksiyalarından xilas olmasının yolu İranın Azərbaycanla iqtisadi münasibətləridir. Hərtərəfli səmimi, etibarlı münasibətlərindədir. Bu gün ABŞ İran üzərindən sanksiyaları götürmək üçün İrana qarşı hər cür şərtlər irəli sürə bilər. O şərtlərin bəziləri çox alçaldıcı ola bilər. Bu gün Azərbaycan Respublikası dünyada yeganə dövlətdir ki, İranla müştərək neft, qazı və logistikası var.
- İran dönüş mərhələsindədir.
Ən yaxşı vəziyyət müxtəlif qrupların intriqalarını, SEPAH-ın dediyi məlumatların İranın ali dini liderinin özünün sakit başla təhlil etməsidir. Sübh namazından fariq olduqdan sonra ali dini liderin Zöhr namazınadək ancaq İranın bu dövrdə bütün keçdiyi yolu təhlil etməli və özü təkbaşına qərar verməlidir. Böyük azərbaycanlıdır, intellektualdır və özü o qərarı verə biləcək. Bu gün də onun intellektual potensialı, IQ indeksi buna imkan verir.
İran Azərbaycanla ən etibarlı, sıx münasibətlərini göstərməlidir. Bunun üçün lazım olsa İran Azərbaycana dəmir yolu üçün ərazi də bağışlamalıdır, İran gedəcəksə Şərqi və Qərbi Azərbaycan, Ərdəbil ostanları ilə Azərbaycan Respublikası arasında Azad İqtisadi Zona yaradılmalıdır. Birgə neft, qaz yataqları istismar olunmalıdır. Azərbaycanla İran Gürcüstan istiqamətində yeni neft, qaz kəmərləri çəkməlidir. Lazım olsa Gürcüstan ərazisindən Qara dənizin dibi ilə Avropaya kəmərin çəkilməsində birbaşa olmasa, dolayısı iştirak etməlidir.
Azərbaycanın müstəqil siyasət aparmasında maraqlı dövlət məhz İran olmalıdır. Azərbaycanın İranla qonşuluğu İran tərəfindən də təhlükə mənbəyidir. İrana görə təzyiq mənbəyidir. Azərbaycanın gücü, bacarığı, xüsusilə Prezident İlham Əliyevin siyasəti belə vəziyyətdə müstəqil siyasət qurmağı bacarır.
İran əgər Azərbaycanın müstəqilliyini təhdid edəcəksə, Azərbaycan dözməyə bilər. ABŞ, Çin, Rusiya üçbucağında İran özü üçün konkret yer müəyyənləşdirə bilmir. Hər üçü İranı cəzalandırmaq üçün fürsət axtarırlar.
- Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə İrandan böyük təhlükə olmayıb.
İran Azərbaycan-İsrail münasibətlərini diqqətdə saxlayır. Onların düşüncəsinə görə, İsrail Azərbaycanın təhlükəsizliyində vacib parametrlərdəndir. İsraillə bizim əlaqəmiz kəsilsə, müasir silahlar ala və təhlükəsizliyimizi təmin edə bilməyəcəyik. Belə düşünürsə, bu həqiqətdən o qədər də uzaqda deyil. Amma bizim təhlükəsizliyimizin geniş şaxələri var.
MDB SSRİ dövrünün təhlükəsizlik strukturunu saxlayıb. Azərbaycan KTMT-nin bir addımlığındadır. ATƏT-də Avropanın təhlükəsizlik parametri yaxşı izah olunmuş mövzulardan biridir. Azərbaycan Rusiya, Türkiyə və Pakistan dövlətləri ilə də təhlükəsizlik parametrini daimi aktual saxlayır.
- Pakistanla nüvə tərkibli təhlükəsizlik sistemlərini qura bilərik
İndiki anda İran Pakistanı Azərbaycan-İsrail münasibətlərinə qatmaq istəyirsə, bunun elə də böyük problemi yoxdur. Pakistanla nüvə başlıqlı raket bazasını gündəliyə gətirə bilərik. Nüvə başlıqlı raket bazası Pakistanın ərazisində ola bilər. Bizim arzuladığımız istiqamətə tuşlana bilər. Təki düyməsi Azərbaycan Prezidentinin əlində olsun.
Pakistana qoyduğumuz investisiyaların miqdarını da dəyişə bilərik. İran siyasətçiləri savadsız olduğuna görə, belə başa düşür ki, hərbi təhlükəsizliyimizin son həddi İsraildir. Pakistanla nüvə tərkibli təhlükəsizlik sistemlərini qura bilərik. Bəlkə də o yoldayıq. İran bunu da nəzərə alsın. Ona görə Azərbaycanla münasibətdə ehtiyatlı olmağı təklif edirik. Harada nə mövzu gördü, ora girməsin.
Şərhlər