Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun Baş katibi Hikmət Cavadov “İrpen şəhəri qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub.
Xəzərnews.az xəbər verir ki, medalı Hikmət Cavadova İrpen şəhərinin meri Aleksandr Markuşin təqdim edib.
Aleksandr Markuşin Ukraynadakı azərbaycanlıların ölkəsinə dəstəyini yüksək qiymətləndirib və işdə H.Cavadovun əməyinin əvəzsiz olduğunu qeyd edib.
H.Cavadov fəaliyyətlərinə verilən yüksək qiymətə görə minnətdarlığını ifadə edib: “Bu mükafat mənə yox, Ukraynadakı Azərbaycan diasporuna, bu ölkə uğrunda döyüşən və mübarizə aparan, könüllü yardım göstərən hər kəsə verilib. Ukrayna Silahlı Qüvvələrinə və bu dəhşətli müharibənin qurbanlarına kömək etmək üçün vaxt və vəsait ayıran hər bir azərbaycanlıya təşəkkür edirəm. Ukrayna qalib gələcək, çoxlu sayda azərbaycanlı üçün ikinci vətəninə çevrilmiş torpağa sülh qayıdacaq”.
Şərhlər