Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun (DABF) təşkilatçılığı, Ukraynanın Azərbaycandakı səfirliyi və Ukrayna Mərkəzinin dəstəyi ilə 1 İyun – Beynəlxalq Uşaqlar Günü münasibətilə Azərbaycanda qaçqın həyatı yaşayan ukraynalı uşaqlar üçün bayram tədbiri təşkil olunub.
Fond tərəfindən 50-dən çox ukraynalı uşağa bayram hədiyyələri təqdim olunub.