Varşava şəhərində Polşa Azərbaycanlıları Şurası və Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) birgə təşkilatçılığı ilə velosiped həvəskarları üçün velotur təşkil olunub. Tur iştirakçılarının təhlükəsizliyi 2 avtomobilin müşayiəti ilə təmin edilib. Azərbaycan bayrağı ilə bəzədilən veloyürüş Pole Mokotowskie metrosundan Zegrze gölünə qədər 40 km məsafəlik yolda 3 dəfə fasilə edilməklə 4 saat ərzində qət edilib.