DABF-ın həmtəsisçisi Türkiyə Cümhuriyyətinin 100 illik yubileyində

Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun həmtəsisçisi, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş tədbirdə iştirak edib.

Tədbir Türkiyənin İsveçdəki səfirliyinin təşəbbüsü ilə təşkil olunub.Stohkolm şəhərində təşkil olunan tədbirdə E.Mirzəyev Türkiyənin İsveçdəki səfiri Yönet Can Tezellə görüşüb, xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, tədbirdə İsveç xarici işlər naziri və parlament spikeri də iştirak edib.