Ermənipərəst  Björn Şöder  partiyadan qovuldu

Ermənipərəst Björn Şöder İsveç Demokratlar Partiyasının İdarə Heyətindən qovulub.

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) İsveç təmsilçiliyindən Xəzərnews.az-a verilən məlumata görə, B.Şöder hər zaman ermənipərəst mövqeyi ilə seçilib. O, Ermənistan-İsveç Parlamentlərarası Dostluq Qrupunun İsveç tərəfindən sədridir.

B.Şöder 22 il İsveç demokratlarının güc dairəsinə mənsub olub. Ona 2005-ci ildən bəri tutduğu partiya katibi vəzifəsindən əlavə qrup lideri vəzifəsi də həvalə olunmuşdu.

Xatırladaq ki, ATƏT PA-nın illik sessiyalarının birində ermənipərəst isveçli deputat B.Şoder Azərbaycana qarşı qətnamə layihələri ilə çıxış edib.