Diaspora.TV-də yayımlanan "Yurda Dönüş" verilişinin bu dəfəki qonağı “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri, hərbi-siyasi ekspert Telman Qasımov olub.

T.Qasımov Diaspora.TV izləyiciləri ilə doğulub boya-başa çatdığı və 35 il sonra səfər etdiyi qədim Azərbaycan şəhəri olan İrəvanla bağlı xatirələrini bölüşüb.

Eyni zamanda onunla söhbət zamanı Qərbi azərbaycanlıların köçürülməsi, qayıdış prosesində xaricdəki soydaşlarımızdan və diaspordan gözləntilər kimi məsələlər müzakirə edilib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi qələbədən sonra Qərbi Azərbaycana qayıdış soydaşlarımız üçün xəyaldan real müstəviyə keçib. Qayıdış Konsepsiyası ölkəmizin bütövlüyünə, suveren hüquqlarımızın və tarixi ədalətin bərqərar olunmasına xidmət edən milli ideyamızın ayrılmaz hissələrindəndir. Bu reallıq xalqımız qarşısında duran əsas çağırışlardan və ən aktual məsələlərdən biri kimi önəmini qoruyub saxlayır.

"Yurda Dönüş" verilişi tarixi torpaqlarımıza qayıdış konsepsiyası, mövcud reallığın beynəlxalq müstəvidə təbliği və bu istiqamətdə diaspor təşkilatlarının rolu kimi məsələlərin müzakirəsinə yönəlib.