Diaspora.TV-də yayımlanan “Müzakirə vaxtı”nın növbəti buraxılışında “Avropa mediasında Azərbaycan və diasporun Qərb mediasına çıxış imkanları” müzakirə olunub.

Diaspora.TV-nin rəhbəri Niyaz Niftiyevin qonağı İsveçrədə yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli olub.

Elbəyi Həsənli ilə Avropa mediasında qarşılaşdığı antiazərbaycan təbliğatı, İsveçrədəki diasporumuzla əlaqələri və diaspor hərəkatında keyfiyyət dəyişikliyinə nail olmağın yolları ətrafında müzakirə aparılıb.