Diaspora.TV-də yayımlanan "Müzakirə vaxtı"nın növbəti buraxılışında diasporumuzun COP29 planları və belə bir beynəlxalq tədbirin xaricdə təbliği məsələləri müzakirə olunub.

Verilişin qonaqları sabiq dövlət qulluqçusu, diaspor məsələləri üzrə bir sıra tədqiqatların müəllifi Rasim Mirzəyev və idarəetmə məsələləri üzrə ekspert Vüsal Alıyev olub.

Verilişdə qonaqlarla diasporun idarəetmə sistemi, Azərbaycanın xarici ölkələrdə təbliği məsələsində rolları ətrafında fikir mübadiləsi aparılıb.