"Diasporla Gündəm"in növbəti qonağı millət vəkili Vüqar İskəndərov olub.
V. İskəndərovla söhbət zamanı ölkəmizdə keçirilən COP29 tədbiri, onun əhəmiyyəti və qarşıya qoyulan hədəfləri kimi məsələlər müzakirə edilib.
Millət vəkili bildirib ki, tədbir Azərbaycanın siyasi nüfuzunu artıracaq və ölkəmizin daha çox tanınmasında rol oynayacaq.
"COP29-a gələn qonaq sadəcə siyasi və ekoloji tədbirdə olmayacaq, eyni zamanda xalqımızı, mətbəximizi, tarixi abidələrimizi görəcək. Gələn hər bir qonaq paralel olaraq turistdir. 200 dövlət Azərbaycana etimad göstərdi. Bu ölkələr içində Ermənistan da var idi.Azərbaycan böyük bir tədbirə ev sahibliyi edəcək. Son bir neçə ilin təcrübələrinə baxmışam.Düşünürəm ki, Azərbaycan keçirilmə səviyyəsinə görə onları geridə qoyacaq. Çünki təcrübəmiz çoxdur. Amma bu, müstəqillik dövrümüzün ən böyük tədbiridir. Bunun da öhdəsindən gələcəyik.Burada mənim dövlətim, sənin dövlətin söhbəti olmamalıdır. Planet hamımızın evidirsə, hər bir xalqı bu qayğılandırmalıdır. COP29 mədəniyyətimizin, mətbəximizin təbliğidir. Multikultural dəyərlərə sahib olduğumuzu göstərəcəyik",- deyə o vurğulayıb.
Şərhlər