Diaspora.TV-də yayımlanan “Müzakirə vaxtı”nın növbəti buraxılışı “Qərbi Azərbaycana qayıdış məsələlərinin təbliğində diasporun rolu” müzakirə olunub.

“Müzakirə vaxtı”da Diaspora.TV-nin rəhbəri Niyaz Niftiyevin qonaqları Vision.TV-nin baş redaktoru Şöhrət El-Dəniz, “İslahatçı Gənclərə Dəstək” İctimai Birliyinin sədri Fərid Şahbazlı və Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdiyev olub.

Qonaqlar Qarabağ probleminin həllindən sonra daha da aktuallaşan Qərbi Azərbaycana qayıdışın təbliğində xaricdə yaşayan soydaşlarımızın görə biləcəyi işləri müzakirə ediblər.