Diaspora.TV-də yayımlanan “Müzakirə vaxtı”nın növbəti buraxılışında “İnformasiya savaşında diasporun rolu” müzakirə olunub.

Diaspora.TV-nin rəhbəri Niyaz Niftiyevin qonaqları Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət, “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadə və diaspor məsələləri üzrə araşdırmaçı jurnalist Cavid Şahverdiyev olub.

Qonaqlar hazırda Azərbaycana qarşı olan informasiya müharibəsində diasporun rolu, bu prosesdə qarşılaşdıqları problemlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.