“Çox üzücü bir xəbəri sizinlə paylaşıram. Polşanın xəbər portallarının yaydığı məlumata əsasən itkin düşmüş soydaşımız Adilə Mehdiyevanın cansız bədəni Oder çayından tapılıb” .
Bu barədə məlumatı Polşa Azərbyaycanlıları Şurasının sədri, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Polşa təmsilçisi Fərid Cəfərli verib.
F.Cəfərli bildirib ki, cəsəd tanınmaz haldadır və yalnız geyimindən soydaşımıza aid olduğu müəyyən edilib:
“Yekun analizlərdən sonra isə tam dəqiq məlumat paylaşılacaq. Qeyd edim ki, Adilə Mehdiyeva təxminən 1.5 ay öncə 2 aylıq övladı ilə birlikdə itkin düşmüşdür”.
Şərhlər