Azərbaycanlı aktyordan  böyük uğur

Amerikada yaşayan və fəaliyyət göstərən azərbaycanlı aktyor Tural Manafov, “Netflix”in ən çox izlənilən layihələrindən biri olan “Gecə Agenti” serialında rol alıb.

“Netflix”in ən populyar seriallarından birində rol təklifi almaq mənim üçün böyük sürpriz oldu. Özümü inanılmaz dərəcədə şanslı hiss etdim” – deyə Tural Manafov bildirib.

Dünyaca məşhur aktyor Cim Kerrinin pərəstişkarı olan Manafov, Nyu-Yorkda onunla tanışlıq təəssüratlarını da bölüşüb:

“Nyu-Yorkda keçirdiyim ilk il ərzində heyrətamiz bir hadisə baş verdi – Cim Kerri ilə tanış oldum. Ona aktyor olmağıma necə ilham verdiyini söylədim və qarşımdakı insanın məhz o olduğuna inanmaqda çətinlik çəkirdim. Çox danışmadı, amma mənə baxıb “Sənə uğurlar arzulayıram” dedi.”

“Gecə Agenti” serialında necə rol aldığından danışan aktyor qeyd edib ki, bu təklif onun üçün tamamilə gözlənilməz olub.