London Azərbaycan Qadınlar Klubu İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Bu barədə məlumatı Xəzərnews.az-a Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun Böyük Britaniya təmsilçisi, London Azərbaycan Qadınlar Klubunun rəhbəri Sevil Aslanova verib.
S.Aslanova bildirib ki, toplantıda gələcək plan və layihələr müzakirə olunub.
Toplantıda klubun İdarə Heyətinin üzvləri – İrak Türkmən təşkilatının rəhbəri Sunduz Abbas, TRT-nin London müxbiri Zeynəb Eryılmaz, UK Piano məktəblərinin rəhbəri Hicran Seyidova, Autizmli uşaqlarla məşğul olan təşkilatda şöbə müdiri Təranə Bayramova, Atatürkçülər Cəmiyyətinin fəllarından Tülay French və iqtisadçı Ayşən Xalaflı və Hazra Atkinson iştirak edib.
Şərhlər