Diaspora.TV-də yayımlanan “Müzakirə vaxtı”nın növbəti buraxılışında “Media və diasporumuzun xarici KİV-lərə çıxış imkanları” müzakirə olunub.

Diaspora.TV-nin rəhbəri Niyaz Niftiyevin qonağı uzun müddətdir Niderlandda yaşayan, Avropa Xəbər Agentliyinin əməkdaşı Vüqar Abbasov olub.

V.Abbasovla Azərbaycan jurnalistlərinin Avropa mediasına çıxış imkanları, xarici KİV-lərdə Azərbaycan mövzusu və diasporumuzun mövcud vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.