Azərbaycan çempionu təyyarə qəzasında  həlak oldu

Yanvarın 30-da Vaşinqtonda baş verən təyyarə qəzası nəticəsində Rusiya, ABŞ və Azərbaycanı təmsil edən keçmiş fiqurlu konkisürən və məşqçi Aleksandr Kirsanov həlak olub.

İdmançının ölümünü onun həyat yoldaşı, fiqurlu konkisürən Nataliya Qudina təsdiqləyib.

Qeyd edək ki, A.Kirsanov 1999/2000-ci il mövsümündə Azərbaycan milli çempionu adını qazanıb.